Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
"Unikal" xəbər verir ki, A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gəlib. “Al-Tumama” stadionunda keçirilən görüş Niderland yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.
Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub. Beləliklə, birinci turdan sonra aktivində 3 xal olan Ekvador və Niderland ilk iki sıranı bölüşürlər. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerləri tuturlar.