Gəncədə 12 yaşlı məktəbli vəfat edib.

"Unikal" xəbər verir ki, bu gün səhər saatlarında Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü R. Rəhimli məktəbə gedərkən avtobusda halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Məlumata görə, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.

Tural Əhmədov