Ötən gün 4 piyada yol qəzasında həyatını itirib.
"Unikal" xəbər verir ki, Siyəzəndə Qiyasəddin Sultanov idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə 1966-cı il təvəllüdlü Nizami İsayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron rayon ərazisində Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Piyada zərbənin nəticəsindən qarşıdan gələn Faiq Bilalovun idarə etdiyi “Opel Zafira” markalı avtomobilə dəyib. Nəticədə Seyran Qəyyumov hadisə yerində ölüb.
Hacıqabulda isə avtomobil iki piyadanı vurub. Belə ki, Nurlan Səmədli idarə etdiyi “VAZ 2107" markalı avtomobillə 1980-ci il təvəllüdlü Qeyis Fərhadov və 1985-ci il təvəllüdlü Pərviz Quliyevi vurub. Nəticədə Pərviz Quliyev ölüb, Qeyis Fərhadov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, piyada ölümü ilə nəticələnən qəza Qaradağ rayonunda baş verib. Ötən gecə saat 04 radələrində Bakı-Ələt yolunun 5-ci kilometrliyində 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi “Mazda” markalı avtomobillə 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub. Piyada hadisə yerində ölüb.
Hər 4 faktla bağlı araşdırma aparılır.