Türkiyənin Bursa vilayətində tək motorlu təyyarə qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat dərc edib. 

"Təyyarə Bursa şəhərinin şimalındakı Osmangazi bölgəsində İES yaxınlığında qəzaya uğrayıb", - məlumatda deyilir. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Əraziyə xilasedicilər və yanğınsöndürənlər göndərilib. 

Ağarza Elçinoğlu