Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Qriqoryan özünün "Facebook" hesabında məlumat yayıb.
Tərəflər Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər.
“Biz vəziyyətin tezliklə həllinin və sülh danışıqları üzrə işin davam etdirilməsinin vacibliyini vurğuladıq”, - Qriqoryan vurğulayıb.