Avropa İttifaqı (Aİ) Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistanın təhlükəsizlik və sabitliyini zəmanət altına alacaq yeni arxitektura haqda düşünməlidir.
"Unikal" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Wall Street Journal”a açıqlamasında deyib.
“Biz ilk növbədə Ukrayna, eyni zamanda Moldova, Ermənistan, Azərbaycan və Gürcüstanın təhlükəsizik və sabitliyini zəmanət altına alan təhlükəsizlik və sabitlik arxitekturası barəsində düşünməliyik. Bu sual gələcəkdə Belarusla bağlı da verilə bilər”, Makron qeyd edib.
O əlavə edib ki, Avropa özünü qorumaq iqtidarında olmalıdır.
“Avropanın özünü qorumasına ehtiyac var. Avropa ABŞ-dan texnoloji və bacarıq avtonomluğunu qazanmalı və NATO daxilində həqiqi Avropa sütunu yaratmalıdır. Bu alternativ bir layihə deyil”, - Fransa lideri bildirib.