Ermənistan mediasında Ermənisatanın öz hava məkanını Azərbaycan təyyarələri üçün bağlayacağı ilə bağlı iddialar səsləndirilir. Belə ki, düşmən tərəfinin iddiasına görə, Laçın dəhlizinin Azərbaycan tərəfindən "blokada"ya alınması fonunda Ermənistan öz hava məkanını Azərbaycan təyyarələri üçün bağlamalıdır.
"Unikal" xəbər verir ki, bununla bağlı Ermənistan Mülki Aviasiya Komitəsinə (MHK) yazılı sorğu göndərib.
Komitədən erməni tərəfinə verilən cavaba görə, Beynəlxalq səviyyədə qəbul edilmiş formata uyğun olaraq, bütün beynəlxalq uçuşlar əvvəlcədən tərtib edilmiş uçuş planlarına əsasən həyata keçirilir və Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan hər bir ölkə Beynəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Çikaqo Konvensiyasının müddəalarını əsas götürərək, öz hava məkanından istifadəyə ayrı-seçkilik yanaşmasını tətbiq edə bilməz.
"MHK tərəfindən hava məkanı məhdudiyyətləri yalnız bütün təyyarə operatorlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Qaldırdığınız məsələ Komitənin səlahiyyətinə aid deyil”.
Gültəkin Ələsgər