İsmayıl Kamil oğlu Xəlilov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, o, vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmə hakimi vəzifəsindən azad olunub.
Eyni zamanda, aşağıdakı apelyasiya instansiyası məhkəmələri hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimi təyin ediliblər:
- Xıdırov Əhliman Mehman oğlu – (Naxçıvan MR Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri));
- Abdulov Rəşad Məhərrəm oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Babayev Zəki Baba oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Məmmədov Vidadi Məmməd oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi;
- Cəfərov Vidadi Cəfər oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi (Cinayət Kollegiyasının sədri).
Layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Anar Kəlbiyev