“Vardanyanın xahişi ilə Rusiya prezidenti onu vətəndaşlıqdan məhrum edib . Onun Qarabağa səfərinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”.
"Unikal" xəbər verir ki, bunu Moskvada keçirilən Azərbaycan Rusiya Xarici İşlər Nazirlərinin görüşü zamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.
O, Vardanyanın Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri bildirib ki, Ruben Vardanyanın Dağlıq Qarabağda olması “yerli əhali üçün problemlər yaradır, vətəndaşların reinteqrasiyasına mane olur”.
Onun əməlləri cinayət xarakteri daşıyır, ona görə də qarşısı alınmalıdır, nə qədər tez baş versə, bir o qədər yaxşıdır”. Onun gəlişinə qədər müsbət təmaslar olub və o amil çox dağıdıcıdır və sabitliyi pozur”, - deyə Bayramov bildirib.
Gültəkin Ələsgər