Dekabrın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Qarabağ məsələsi ətrafında son proseslərə toxunulub.
Ermənistan xarici işlər naziri Laçın dəhlizi ilə bağlı son hadisələri həmsöhbətinə təqdim edib.
Gültəkin