Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.
Dünya üçün hətta bu mürəkkəb illərdə də Azərbaycanın sabit şəkildə firavanlaşması və inkişaf etməsi, vətəndaşların rifahını yüksəltməklə, ədaləti müdafiə etməklə, ölkənin regionda və dünyada mövqelərini möhkəmlətməklə öz potensialını tam reallaşdırması üçün göstərdiyiniz böyük səyləri lazımınca qiymətləndirmək çətindir. Sizin müdrik rəhbərliyinizlə respublikada iqtisadiyyat, istehsalat, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ardıcıl olaraq genişmiqyaslı səmərəli və mütərəqqi layihələr həyata keçirilir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri bu əməkdaşlığın inkişafına məhz Sizin ruhlandırıcı töhfəniz sayəsində xalqlarımızın rifahı naminə möhkəmlənməkdə və genişlənməkdə davam edir. Həyatınızın bu əlamətdar günündə Sizə ən səmimi arzularımı çatdırır, möhtəşəm və cəsarətli planlarınızın daim uğurla reallaşması üçün möhkəm cansağlığı, tükənməz güc və yaradıcılıq enerjisi diləyirəm.
Sizə, Sizin gözəl ailənizə, bütün dost Azərbaycan xalqına yeni nailiyyətlər və qələbələr, əmin-amanlıq və səadət arzu edirəm”.