İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Siyəzən rayonunda taxıl anbarı kompleksinin genişləndirilməsi üçün 2 milyon manat kredit ayırıb.
"Unikal" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Onun sözlərinə görə, güzəştli kredit sahibkar Vüqar Qardaşova verilib.