Layihələrin İdarə edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA)  təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi” üzrə akademik təlim kursu təşkil olunub.

"Unikal" xəbər verir ki, “Azərbaycanın ali təhsil müəssisələrində layihə menecmenti tədris potensialının artırılması”adlı tədbirə 8 ali məktəbdən müvafiq ixtisaslı müəllim heyəti qatılıb.

İştirakçılar adıkeçən  layihə çərçivəsində risklər, kommunikasiyalar, satınalmalar,o cümlədən keyfiyyətin idarə edilməsini şərtləndirən başlıca tələblər barədə məlumatlandırılıblar.Eyni zamanda layihə menecmenti üzrə akademik vəsaitlə təmin olunublar. 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı təlim kusunun gedişatında xüsusi fəallıq göstərdiklərinə görə AzPMA tərəfindən  sertifikatla mükafatlandırılıb. 

ATMU müəllimlərinin “Layihələrin idarə edilməsi” üzrə təlim kursunun növbəti mərhələsindən gözləntiləri IPMA beynəlxalq sertifikatlaşdırma imtahanında iştirak hüququna  və beynəlxalq dərəcə statusuna sahiblənməkdir.