"Qalatasaray" Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi XVIII turda evdə "Hatayspor"u darmadağın edib - 4:0.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Qalatasaray" liderliyini möhkəmləndirib. 17 xalı olan "Hatayspor" isə 16-cı pillədə qərarlaşıb.