Ötən il həyata keçirilmiş əməliyyat tədbirləri ilə Azərbaycanda 251 kriminal qrup zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.