Avropa Məhkəməsinin bir sıra hallarda Azərbaycanla bağlı kommunikasiyanın başlanması ilə bağlı siyasi qərarları olub.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri təəssüf hissi ilə bildirib ki, Avropa və beynəlxalq məhkəmələr hüquqi müstəvidən kənar addımlar atır.
Z.Oruc həmçinin, bu gün ölkədə vətəndaşların əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı müəyyən problemlərin olduğunu da xatırladıb: “Təxminən 2014-2015-ci illərdə bir mənzili 3-4 şəxsə satan tikinti şirkətləri barədə qanunvericilik qəbul edilib. Uzun müddət keçməsinə baxmayaraq heç bunu yada salan da yoxdur. Baxmayaraq ki, aidiyyəti qurumlar bu sahədə qanunu pozan tikinti şirkətləri barədə müvafiq addımlar atıb. Amma bunu vətəndaşa heç bir xeyri yoxdur. Onlar illərlə verdikləri vəsaitin nə vaxt geri qaytarılacağını gözləyirlər”.
Anar Kəlbiyev