"Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədri Sadiq Qurbanov deyib. 

Komitə sədri bildirib ki, həmin göl quruyub, ətrafda olan torpaqlardan başqa məqsdələr üçün istifadə olunur: “Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı işçi qrupu yaradılacaq və arayış hazırlanacaq. Keçən ildən mövcud məsələ iş planına daxil edilsə də, məsələ həllini tapmamışdı. Ona görə də qərara alınıb ki, mövzunu yenidən müzakirəyə çıxaraq”.

Anar Kəlbiyev