Qaz limiti ilə bağlı Milli Məclisdə dinləmələrin keçirilməs təklif edilib.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Nəsib Məhəməliyev çıxış edib.

O bildirib ki, qaz limiti ilə bağlı çoxsaylı müraciətlər olur: “Bəlkə yaz sessiyası çərçivəsində biz qaz istehsalçıları ilə fikir mübadiləsi aparaq. Hesab edirəm biz onlara əhalinin bu sahədə problemini bildirməliyik ki, onlar da özləri üçün strateji plan müəyyən etsinlər, parlamentin bu sahədə mövqeyini bilsinlər”.

Anar Kəlbiyev