Moskvanın Vnukovo hava limanında "Mi-8" helikopteri qəzaya uğrayıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, sərt eniş zamanı helikopterin pərləri yerə dəyib. 

Hadisə yerinə xilasedicilər cəlb olunub. İlkin məlumata görə, fövqəladə vəziyyət nəticəsində ölənlər var. 

Digər təfərrüatlar hələlik verilməyib. 

Ağarza Elçinoğlu