“Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir”.
"Unikal" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev tviterdə yazıb.
O bildirib ki, belə hücumlar qəbuledilməzdir.
Bolqarıstanın dövlət başçısı hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Həmçinin, Bolqarıstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib. Nazirliyin bəyanatında bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəliyinə edilən hücum tamamilə qəbuledilməzdir: “Zərər çəkmiş hər kəsin tezliklə sağalmasını arzulayırıq.