“SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov vəzifəsindən kənarlaşdırılıb.
"Unikal" xəbər verir ki, buna səbəb onun işində aşkarlanan nöqsanlar olub. Belə ki, bir müddət əvvəl “SOCAR Turkey”də yoxlamalar aparılıb və bir sıra nöqsanlar aşkarlanıb.
Z.Qəhrəmanov “SOCAR” prezidenti Rövşən Nəcəfin müşaviri təyin olunub.
Onun bir müddət sonra bu vəzifəsindən də azad ediləcəyi bildirilir.
"Socar Turkey"in ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kəmalə Paşayeva redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Zaur Qəhrəmanov işinin başındadır.