İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr bu gün başa çatıb.
"Unikal" xəbər verir ki, bundan sonra Məhkəmə müzakirəyə başlayacaq. 31 yanvar 2023-cü il Məhkəmənin iqamətgahında (Sülh Sarayında) keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə təmsilçi qismində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Müvəqqəti tədbirlər haqqında müraciət ilə bağlı Məhkəmənin qərarı açıq iclasda elan ediləcək və bunun elan tarixi müəyyən vaxtda açıqlanacaq.