"Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılıb ayrı qanunvericilik şəklində təqdim edilməlidir".
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir:
“Bələdiyyə seçkiləri ümumölkə səviyyəsində yox, regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var”.
Anar Kəlbiyev