"Parlamentin bir iclası xarici ölkələrdəki səfirliklərimizin təhlükəsizlik məsələlərinə həsr olunmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bizim səfirlikdəki təhlükəsizlik xidmətinin əməkdaşları silahla təmin olunmayıbsa, onların silahla təmin olunması öz həllini tapmalıdır:
"Biz Bakıda bir çox səfirlikdə oluruq və görürük ki, təhlükəsizlik xidmətinin əməkdaşları qoruyucu gödəkçələr geyiniblər, hər birinin üzərində silahlar var. Səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşının şəxsi cəsarəti və qəhrəmanlığı olmasa idi, orada böyük qətliam baş verəcəkdi".
Anar Kəlbiyev