Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.
Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
***
Fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, ilkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
Fevralın 2-də saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.