Klublararası dünya çempionatının 1/4 final mərhələsində Misirin "Əl-Əhli" futbol klubu ABŞ-ın "Sietl" komandasına 1:0 hesabı ilə qalib gəlib.
"Unikal" xəbər verir ki, yarımfinalda “Əl-Əhli” bu mərhələyə avtomatik keçən İspaniyanın “Real Madrid” klubu ilə qarşılaşacaq. Matç fevralın 8-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.
Digər yarımfinalda isə avtomatik olaraq 1/2 finala vəsiqə qazanan Braziliyanın “Flamenqo” komandası Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşacaq.