İraqın Bəsrə əyalətində üçmərtəbəli binanın çökməsi nəticəsində azı iki nəfər həlak olub.
“Unikal” xəbər verir ki, bu barədə “Shafaq News” portalı yerli təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisə əyalətin qərbində yerləşən kənddə baş verib. Xilasedicilər çökməyə əsas səbəb kimi binanın birinci mərtəbəsində baş verən yanğını göstəriblər.
Təhlükəsizlik xidmətləri yalnız yanğın lokallaşdırıldıqdan sonra ölənlərin cəsədlərini aşakarlaya bilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.