İngiltərə Premyer Liqasının rəhbərliyi “Mançester Siti” klubunu maliyyə qaydalarını pozmaqda ittiham edir.
"Unikal" xəbər verir ki, bəyanata əsasən, Mançester klubu 2009/2010-cu il mövsümündən 2018-ci ilədək 100-dən çox qanun pozuntusuna yol verib. Bu dövr ərzində klub rəhbərliyi gəlir və xərclərlə bağlı dəqiq hesabat təqdim etməyib. Müxtəlif illərdə UEFA-nın klubların lisenziyalaşdırılması və “Maliyyə Fair Play” qaydalarının pozulduğu da vurğulanıb. İddialar öz təsdiqini tapsa, klubun 15 xalı silinəcək.
Qeyd edək ki, komanda hazırda 45 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pilədə qərarlaşıb. Xallar silinəcəyi halda “Mançester Siti” doqquzuncu yerədək geriləyə bilər.