Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən müvafiq sərəncam ilə 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.
"Unikal" xəbər verir ki, bu barədə BNA-dan məlumat verilib.
Bildirilib ki, məqsəd, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.
“BakuBus” MMC-yə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.