Gəncədə minik maşını yanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Sözügedən ərazidə binaların qarşısında dayanmış vəziyyətdə olan VAZ 21015 markalı minik maşında anidən yanmağa başlayıb. Dərhal əraziyə FHN –nin yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanaraq yararsız hala düşüb, yaxınlıqdakı avtomobilər yanğından mühafizə edilib. İlkin məlumata görə, yanğın qəsdən törədilib.
Avtomobilinin sahibi Anar Məmmədov "Unikal"a açıqlamasında bildirib ki, maşınından oğurluq etmək istəyiblər. Oğurluqlar qonşuların avtomobilin yanına gəldiyini görüblər. Bu zaman onlar avtomobili yandıraraq qaçıblar. Zərərçəkmiş onu da qeyd edib ki, qarətçilər avtomobili dayandığı yerdən bir qədər kənara aparıblar. Elə orada maşının ehtiyat hissələrini sökmək istəyiblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Ərazidən əl izləri götürülüb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanıb.
Tural Əhmədov