Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı üç nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini T.Yusibov, Zərdab rayon sakinləri N.Mütəllimli və Ə.Məhəmmədli olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə kağız və sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitələr aşkarlanaraq götürülüb. Hər üç şəxs izahatlarında qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.
Saxlanılanlar barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.