Türkiyəli futbolçu Merih Dəmiral həmkarı Paulo Dibala ilə Türkiyədəki dəhşətli zəlzələdən danışdığını bildirib.
"Unikal" xəbər verir ki, o, Dibalanın Türkiyədə yaşanan zəlzələ səbəbiylə kədərli olduğunu söyləyib.
O, formasını göndərəcəyini və hərracdan əldə olunan gəlirin zəlzələ bölgəsində istifadəsi üçün "Ahbap" dərnəyinə bağışlanmasını istəyib.
Qeyd edək ki, Merih ötən gün də Kristiano Ronaldo ilə əlaqə qurduğunu və onun da imzalı formasının hərraca çıxarılacağını bildirmişdi.