Türkiyədə baş vermiş zəlzələdə 3 iranlı futbolçu həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadəm xəbər verir ki, bu barədə İran Amputant Futbol Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, Malatyada baş verən zəlzələdə İran amputant komandasının futbolçuları Məhəmmədrza Mirəhmədi, Mehdi Səidəvi və Hamed Matrudi yerləşdikləri hoteldə dağıntılar altında qalaraq həlak olublar.