“Hatayspor” Türkiyə Futbol Federasiyasına məktub göndərərək ölkə çempionatından kənarlaşdığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.
Onun sözlərinə görə, “Qaziantep” klubu da liqadan çıxmaq istəsə, bu iki klubun yerləri saxlanılmaqla 17 komanda ilə mövsümə davam etmək planlaşdırılır.
Türkiyə Futbol Federasiyasının prezidenti Super Liqada oyunların 3-4 mart tarixlərinə təxirə salındığını da bəyan edib.
O qeyd edib ki, gələn il Super Liqa 20 komanda ilə yoluna davam edəcək.