Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
Misli Premyer Liqasının XXI turu üzrə “Zirə”yə qarşı oyunda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.
Həmin turun “Sabah” – “Səbail” oyununda Rahid Əmirquliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun kənarlaşdırılıb, "dənizçilər" isə 200 manat cərimə olunub.
Həmin oyunda “Sabah”ın futbolçusu Jon İrazabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanıb, klub isə 200 manat ödəməli olacaq.