"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.
"Unikal" report-a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.
"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.