Kahramanmaraşda mərkəzli 10 vilayətdə baş verən 7,7 və 7,6 ballıq zəlzələlər minlərlə insanın ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki,Kahramanmaraş İstiqlal Spor'un daha bir futbolçusu Burhanəddin Sever zəlzələnin qurbanı olub.
Gənc futbolçunun cəsədi 5 gün sonra dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl Kahramanmaraş İstiqlal Spor'un iki futbolçusu da dağıntılar altında qalaraq həlak olmuşdular.