Göyçay şəhərində gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə rayon sakinləri Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Şahnəzər Bəşirov