Culfa Rayon Polis Şöbəsinə Kırna kənd sakini 1985-ci il təvəllüdlü Məmmədhəsən Əliyevdə qanunsuz saxladığı odlu silah olması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yaşadığı evin həyətyanı sahəsindəki samanlıqda 1 ədəd Türkiyə istehsalı, 12 kalibrli, atəşə yararlı qoşalülə ov silahı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.