Gəncədə polisin bıçaq xəsarəti almasının səbəbi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, Gəncə şəhərində polis yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb və nəticədə ayağından yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
xxx
21:06
Gəncədə polis əməkdaşı bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Kamal Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Bıçaqlanan şəxsin polis əməkdaşı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov