Ramon Menezes futbol üzrə Braziliya milli komandasının baş məşqçisi təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis hələ milli komandada tamhüquqlu vəzifə almayıb. O, yalnız braziliyalıların müvəqqəti məşqçisi olacaq.
Menezes əvvəllər Braziliyanın 20 yaşadək futbolçulardan ibarət komandasının məşqçisi olub. Onun rəhbərliyi altında braziliyalı futbolçular gənclər arasında dünya çempionatının qalibi olublar.