Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyun cədvəli açıqlanıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç gündə keçiriləcək oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

3 mart (cümə)

17:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu

4 mart (şənbə)

16:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”

18:30. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 18:30

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”
“Bakcell Arena”