Gəncədə gənc oğlan boynundan bıçaq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, 2003-cü il təvəllüdlü Həsən Əlıyev boyun nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 20 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov