Tovuzda qadın meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində qadın meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Hacallı kəndi ərazisində naməlum qadın meytin tapılması barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, meyit 1962-ci il təvəllüdlü Hacallı kənd sakini Valiya Hüseynovaya məxsusdur.
Faktla bağlı araşdırmalar aparılır. İlkin gözlə görünən zorakılıq əlamətləri yoxdur.
Tural Əhmədov