İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn, sənayelər və istehsal naziri Seyid Murtaza Mahmud və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün “Facebook” profilində paylaşım edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin iqtisadi əlaqələrin inkişafı üçün yaratdığı imkanlar, investisiya, ticarət və energetika sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.