Sabirabadın daha 5 kəndi ayağa qalxdı
02:38 06-04-2012
CƏMİYYƏT
Sabirabadın daha
5 kəndi ayağa qalxdı
"Kür" Vətəndaş Cəmiyyətinin Qərargahı: "Bölgə barıt çəlləyinə bənzəyir"
Aran bölgəsində vəziyyət yenidən gərginləşməyə başlayıb. Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, iki gün öncə Saatlıda keçirilən aksiyalar dünəndən etibarən Sabirabadda müşahidə olunmaqdadır.
Həmin məlumata görə, Sabirabadın Şirvan bölgəsində yeləşən Narlıq, Yolçubəyli, Türkədi, Əlicanlı və Cavad kəndlərinin camaatı Kür çayı üzərində yeni salınan körpünün yarıtmaz olduğuna etiraz etmək üçün aksiya keçirməyə hazırlaşırlar.
Bununla bağlı verilən məlumatda deyilir ki, artıq həmin kəndlərin camaatı bir araya gəlməyə başlayıb.
Bu əsnada "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı açıqlama ilə çıxış edərək, bölgədə vəziyyətin pis olduğunu bəyan edib. Təşkilatın yaydığı bəyanatda deyilir ki, indiyə qədər problemlərin aradan qaldırılması istiqamətində verdikləru bir çox təkliflər indiyə qədər qulaqardına vurulub.
"Məhz bunun nəticəsi olaraq üzləşdikləri problemlərin həllində dövlət qurumlarından lazımi dəstək görməyən, təbii fəlakətin təsirinə məruz qalmış sakinlər müxtəlif etiraz tədbirlərinə əl atırlar. Təəssüf doğuran haldır ki, vətəndaşların bir sıra dövlət qurumlarına və məmurlara qarşı irəli sürdüyü konkret korrupsiya ittihamlarının araşdırılıb, günahkarların qanun çərçivəsində cəzalandırılması əvəzinə hakimiyyət orqanları güc strukturlarının imkanlarından istifadə edərək insanların sərbəst toplaşmaq hüquqlarını pozmuş, iştirakçılara qarşı fiziki zor tətbiq etmişdir. Təzyiqə məruz qalanlar içində həbs olunanlar və ciddi bədən xəsarəti alaraq xəstəxanaya düşənlər olub".
Təşkilat daha sonra bildirir ki, bu gün Azərbaycan barıt çəlləyinə bənzəyir. "Bir sıra məmurların və dövlət qurumlarının məsuliyyətsiz, laqeyd, qanunsuz hərəkətləri, korrupsiya və rüşvətə hərisliyi ucbatından Azərbaycan insanı sankı zorla üsyana, inqilaba sürüklənir. Bu vəziyyət Kür-Araz daşqınları bölgəsində daha kritik, daha təhlükəlidir".
"Kür" Vətəndaş Cəmiyyətinin Qərargahı bildirir ki, höküməti bir daha bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməyə çağırır. "Daşqının təsirinə məruz qalan insanları dinləməyə, onların probemlərinin həll olunmasına, ədalətli kompensasiyaların verilməsinə, qəzalı evlərə baxış zamanı obyektivliyin qorunmasına, bu proseslərdə ictimai iştirakçılığın təmin olunmasına, eləcə də əkin-biçinlə, heyvandarlıqla məşğul olan insanlara maddi və mənəvi dayaq durmaq üçün əlavə tədbirlərin görülməsinə, regionun inkişafı üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ciddi ehtiyac var. Bu tədbirlərin görülməməsi həm insanların problemlərinin, həm də onların etirazlarının artmasına və idarə olunmaz vəziyyətə gəlib çıxmasına səbəb ola bilər".
Namiq
Digər Xəbərlər
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37
2024-12-24 14:45:07
2024-12-24 14:43:48
2024-12-24 14:42:19
2024-12-24 14:41:34
2024-12-24 14:35:00