Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
35 yaşlı PR mütəxəssis həm də BDU-da müəllim olaraq çalışırdı. O, 2020-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının (IVLP) 80 illik yubileyi münasibətilə seçilən 80 uğurlu sima arasında (#FacesofExchange) Azərbaycandan olan yeganə iştirakçı olub.
Qeyd edək ki, E.Mustafayeva xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.