Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.