Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs barədə qərar verilib.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

DİN rəsmisi bildirib ki, hücum edən Tacəddin İmanzadə saxlanıldıqdan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunub və məhkəməyə göndərilib. Məhkəməninin qərarı ilə o, 15 sutka həbs edilib.

Murad İbrahimli