“Azəriqaz” işçiləri qaz sayğacına müdaxilə halı aşkarlayıb.
"Unikal" xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adilxan Acalova məxsus fərdi yaşayış evinin sayğacının gözünə məftil uzadılıb.
Kadrlardan da aydın göründüyü kimi heç bir problem yaşanmır. Əksinə adıçəkilən abonentin sayğaca qanunsuz müdaxiləsi SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun işini bir qədər də artırmış olub. Fərdi yaşayış evində qazın təzyiqi normaldır və istilik sistemləri lazımi səviyyədə çalışır. Ancaq sayğac qazın sərfiyyatını qeydə almır. Qanunsuz müdaxiləyə məruz qalan sayğac yenisi ilə əvəz olunaraq laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə göndərilib.
Metrologiya Departamentində abonentin nümayəndəsinin iştirakı ilə ilk olaraq sayğaca vizual baxış keçirilib. Daha sonra kamera vasitəsilə sayğacın daxili yoxlanılıb. Nəticədə müdaxilə faktı təsdiqlənərək abonentin nümayəndəsinin razılığı ilə aktlaşdırılıb.